Pekin Vaşinqtondan Kubaya qarşı hər hansı bir təhdid və təcavüzdən imtina etməsini tələb edib.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
Diplomat bildirib ki, Amerika tərəfi Kubanı güc tətbiq etməklə təhdid etməyi dərhal dayandırmalı və bu ölkəyə qarşı hər hansı bir formada birtərəfli blokada və ya sanksiya tətbiq etməkdən çəkinməlidir:
"Çin Kubanın milli suverenliyinin qorunmasında, xarici müdaxiləyə qarşı çıxmasında qətiyyətlə dəstəkləməyə davam edəcək və beynəlxalq ədaləti qorumaq üçün bütün tərəflərlə birgə çalışacaq".
Gülşən Şərif
Bakı 



