• Bakı 28° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib

DÜNYA

01 Avqust 2026 | 13:41

Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib

Küveytin şimalında İrana məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində hökumət obyekti və Bubiyan adasında bir şirkətə məxsus mülki obyekt vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Küveyt Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, düşən PUA qalıqları maddi ziyan vurub, lakin tələfat olmayıb. Hansı hökumət obyektinin hücuma məruz qaldığı açıqlanmır.

Küveyt Silahlı Qüvvələri həmçinin ölkənin hava məkanına girən İran pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026