Yaxın günlərdə Almaniya Rusiyanın hibrid təhdidlərinə cavab verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
“Federal hökumət daxilində gələcək reaksiya ilə bağlı geniş fikir birliyi mövcuddur. Həmçinin bunun Almaniyanın NATO və AB tərəfdaşları ilə razılaşdırılacağı gözlənilir”, - o bildirib.




