• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaçırılan təyyarə Səudiyyəyə endi - YENİLƏNİB

DÜNYA

30 Sentyabr 2026 | 11:43 | Müəllif: Əli Hüseynov

Qaçırılan təyyarə Səudiyyəyə endi - YENİLƏNİB

Dubaydan Təl-Əvivə reys həyata keçirən "Flydubai" təyyarəsinin pilotları Rusiya və Ukrayna əsillidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.

Kabinədəki davadan sonra onları hava gəmisindən çıxarıblar.

Öz növbəsində "FlyDubai" aviaşirkətindən bildirilib ki, kabinədə dava salan pilotların bu cür davranışına təəccübləniblər.

Məlumatlara görə, bir pilot Rusiya, ikincisi isə Ukrayna əsillidir.

Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanında təcili eniş edib.

***

11:22

Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə N12 məlumat yayıb.

Məlumata görə, Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi mümkün qaçırma siqnalı verildikdən sonra Səudiyyə Ərəbistanına eniş edib.

***

11:02

Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

***

10:36

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

    Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

    Məlumata görə, təyyarədə 150 nəfərdən çox sərnişin var.

    İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026