• Bakı 15° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

2 nəfər mina qurbanı oldu - Xersonda

DÜNYA

30 Oktyabr 2026 | 10:12 | Müəllif: Əli Hüseynov

2 nəfər mina qurbanı oldu - Xersonda

Xerson vilayətinin Aleşki şəhərində humanitar missiyanın təhlükəsiz keçidini təmin etmək məqsədilə ərazinin minalardan təmizlənməsi zamanı 2 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, həlak olanlardan biri istehkamçı olub.

    “Ərazinin minalardan təmizlənməsi zamanı istehkamçı, həmçinin daha bir nəfər həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – Lantratova bildirib.

    Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın birinci xanımı Melania Trampın vasitəçiliyi ilə Aleşki şəhərində Rusiya və Ukrayna arasında müvəqqəti olaraq lokal xarakterli atəşkəs elan edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR