• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyəli dəstə başçısının dəhşətli qətli - FOTO

DÜNYA

30 Oktyabr 2026 | 09:03 | Müəllif: Əli Hüseynov

Türkiyəli dəstə başçısının dəhşətli qətli - FOTO

Türkiyənin "10 kardeşlər" cinayətkar dəstəsinin başçısı Mekin Büyükdeniz öldürülüb.

Bakıvaxtı.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, oktyabrın 16-da Büyükdeniz İspaniyanın Salau şəhərinin mərkəzi meydanında silahlı hücuma məruz qalıb. Naməlum şəxslər ona silahdan 10 dəfə atəş açıblar. Güllələr M.Büyükdenizin ayağına dəyib.

Büyükdeniz yaralı halda şəhər xəstəxanasına yerləşdirilib. O, hadisə ilə bağlı ifadə verməkdən imtina edib.

Ötən gün isə Büyükdenizə xəstəxanada silahlı hücum olub. Maskalı şəxs ona arvadının gözləri önündə üç dəfə atəş açıb. Güllələr onun baş və bədən nayihələrinə dəyib. O, hadisə yerində ölüb.

Cinayətkar qətldən sonra qaçmağa nail olub. İspaniya polisi faktla bağlı araşdırmalara başlanıb.

İlkin ehtimallara görə, hadisə iki cinayətkar dəstə arasında ədavət səbəbindən baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026