• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanlılar hər 100 manatın cəmi 2 manat 40 qəpiyini yığa bilir

İQTİSADİYYAT

30 Oktyabr 2026 | 10:54 | Müəllif: Əli Hüseynov

Azərbaycanlılar hər 100 manatın cəmi 2 manat 40 qəpiyini yığa bilir

Azərbaycanda 2025-ci ildə əhalinin ümumi gəlirlərinin təxminən 2,4 faizi qənaətə yönəlib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinin “Azərbaycanın milli hesabları – 2026” məcmuəsinə istinadən xəbər verir ki, ötən il əhalinin gəlirləri 89 milyard 916 milyon manat, xərcləri isə 87 milyard 755,9 milyon manat təşkil edib.

Gəlirlərlə xərclər arasındakı fərq – qənaət 2 milyard 160,1 milyon manat olub. Bu isə ümumi hesabla hər 100 manat gəlirdən təxminən 2 manat 40 qəpiyin xərclərdən sonra qalması deməkdir.

2024-cü ildə qənaətin gəlirlərdə payı təxminən 2,5 faiz, 2022-ci ildə isə 3,9 faiz təşkil edib. Beləliklə, ötən il qənaətin məbləği artsa da, gəlirlərdəki payı azalıb.

Hesabata əsasən, 2025-ci ildə əhalinin gəlirləri nominal ifadədə 8 faiz, xərcləri 8,1 faiz, qənaəti isə 4 faiz artıb.

Qeyd edək ki, bu, ölkə üzrə ümumi göstəricidir və hər bir ailənin ayrıca qənaət imkanını ifadə etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026