• Bakı 16° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bu dəmiryol xətti layihələndirilir

İQTİSADİYYAT

30 Oktyabr 2026 | 10:16 | Müəllif: Əli Hüseynov

Bu dəmiryol xətti layihələndirilir

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı - Hövsan dəmir yolu xəttinin bərpası ilə əlaqədar təşkil oluna mediatur zamanı jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, artıq layihələndirmə işlərinə başlanılıb.

    "Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektlərinin söküntü işləri başa çatıb", - Bəxtiyar Hacıyev qeyd edib.

    O əlavə edib ki, artıq xətt boyunca stansiyaların yerləri də müəyyən olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Oktyabr 2026
    30 Oktyabr 2026