Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunur.
Bakıvaxtı.az xəbər verir ki, müzakirədə iştirak etmək üçün ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisə gəlib.
Onunla birlikdə Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov da parlamentə dəvət olunub.
Müzakirədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Vəkillər Kollegiyasının (VK) sədr müavini Şahmar Məmmədov da iştirak edirlər.
Zeynəb Rzayeva
















