Müğənni Nadir Qafarzadə geyimlərini bir aktyora hədiyyə verdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb.
O bildirib ki, bəzəkli və qaşlı geyimlərinin çoxunu adi insanlara verə bilmədiyi üçün onları istifadə edə biləcək birinə hədiyyə edib.
"Biz nə qədər geyim alırıq... Həm də az geyinirik, təzə qalır. Yeni evə köçəndə üç qarderoba yerləşmədi. Dedim ki, Sevinc (xanımı - red.) gəl, yığaq. 25 kostyum, 30-dan çox ayaqqabını verdim bir aktyora. Həm aparıcı kimi toylara gedir, həm də teatrda istifadə edir. Mənə dua etdilər" deyə, N.Qafarzadə söyləyib. (Axşam.az)
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
ŞOU
30 Oktyabr 2026 | 10:07 | Müəllif: Əli Hüseynov

SON XƏBƏRLƏR
22 Noyabr 2026
21 Noyabr 2026














