Yalnız güclü prezidentlərə atəş açılır və ya güllələnir.
Bakıvaxtı.az "Fox News"a istinaən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, bilirib ki, mövqeyinin risklərini başa düşür və ona qarşı sui-qəsd cəhdlərindən sonra qorxu içində yaşamır.
"Bu, təhlükəli bir peşədir. Yalnız güclü prezidentlərə atəş açılır və ya güllələnir. Mən isə çox güclüyəm. Biz dünyanı dəyişdik, ölkəmizi xilas etdik", - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin iyul ayında Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki kampaniyası zamanı Tramp sağ qulağından güllələnib. 2026-cı ildə 25 aprel tarixində isə 31 yaşlı Kaliforniya sakini Vaşinqtondakı oteldə media şam yeməyi zamanı atəş açıb. Prezident xəsarət almayıb və hücum edən şəxs ABŞ Gizli Xidməti tərəfindən saxlanılıb.
Gülşən Şərif




