İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Larak adasına hücumunu "BMT Nizamnaməsinin pozulması" adlandırıb.
Bakıaxtı.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, bu, nazirliyin bəyanatında yer alıb.
Bəyanata görə, ötən gün ABŞ qüvvələri İran İslam Respublikasının milli suverenliyini və ərazi bütövlüyünü yenidən pozub. Nəticədə bir neçə hərbçi və mülki şəxs ölüb və yaralanıb, dövlət və özəl əmlaka ziyan dəyib.
"İran İslam Respublikası xatırladır ki, regionda dəniz yollarının qeyri-sabitliyini müəyyən edən yeganə amil ABŞ və İsrailin 28 fevralda başlayan qanunsuz hərəkətləridir", - bəyanatda qeyd olunub.
Gülşən Şərif




