• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu rayonun 18 kəndində işıq kəsiləcək

CƏMİYYƏT

03 Noyabr 2026 | 22:44 | Müəllif: Subhan Mahmudov

Bu rayonun 18 kəndində işıq kəsiləcək

Noyabrın 4-də 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC-si tərəfindən təmir-bərpa işləri aparılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Bakıvaxtı.az-a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar verilən sifariş əsasında 35 kV-luq Xanlıqlar və Mahmudkənd hava elektrik xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bnunula əlaqədar noyabrın 4-də saat 13:00-dan 15:00-dək Şərur rayonunun Cəlilli, Mahmudkənd, Oğlanqala, Yenihavuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026