• Bakı 23° C

    12.88 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Çin və Qırğızıstan müqavilə imzaladı

DÜNYA

31 Avqust 2026 | 10:07

Çin və Qırğızıstan müqavilə imzaladı

Çin və Qırğızıstan daimi mehriban qonşuluq, dostluq və əməkdaşlığa dair ikitərəfli müqavilə, hərtərəfli strateji tərəfdaşlığın inkişafı haqqında birgə bəyannamə imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Sənədləri Çin Sədri Si Cinpin və Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıblar.

S.Japarov qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq inkişafın qızıl dövrünə qədəm qoyub.

"Çin bizim mehriban qonşumuz, yaxın dostumuz və etibarlı tərəfdaşımızdır. Bu gün imzalanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə hərtərəfli strateji tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026