• Bakı 25° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Rus ordusu Slavyansk istiqamətində irəliləyir

DÜNYA

31 Iyul 2026 | 23:37

Rus ordusu Slavyansk istiqamətində irəliləyir

Rusiya ordusu Donetsk vilayətində Kaleniki yaşayış məntəqəsi yaxınlığında irəliləyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “DeepState” layihəsinin analitikləri məlumat veriblər.

Məlumata görə, Rusiya qüvvələri Slavyansk istiqamətində irəliləməyə davam edir. Kaleniki kəndi isə Kramatorsk rayonunda yerləşir.

Daha öncə analitiklər bildirirdilər ki, ruslar əsas səylərini tədricən Slavyansk–Kramatorsk istiqamətinə yönəldirlər. Bundan əlavə, ruslar yaşayış məntəqələrini məhv etməklə yeni hərbi kampaniyaya hazırlığa başlayıb.

Analitiklərin sözlərinə görə, Rusiya qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini intensiv şəkildə dağıdır, bunun üçün idarəolunan aviasiya bombalarından (KAB), reaktiv artilleriyadan, "Şahid" PUA-larından və FPV-dronlardan istifadə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026
31 Iyul 2026