• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

SİYASƏT

01 Avqust 2026 | 10:43

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026