• Bakı 28° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb

DÜNYA

01 Avqust 2026 | 13:35

Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb

Pakistanda yerləşən 8 051 metrlik Brod-Pik dağında baş vermiş qar uçqunu nəticəsində itkin düşən 10 alpinistdən 8-nin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Geo TV telekanalı baza düşərgəsindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əvvəlcə dörd alpinistin meyitinin aşkar edildiyi bildirilsə də, son axtarışlar zamanı daha dörd nəfərin də cəsədi tapılıb. Hazırda itkin düşən digər iki alpinistin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Hadisə çərşənbə günü Nepal, Pakistan, ABŞ, Oman və Çindən olan alpinistlərdən ibarət qrupun Brod-Pik zirvəsinə qalxışı zamanı baş verib. Ekspedisiyaya 2019-cu ildə dünyanın 14 ən hündür zirvəsini rekord müddətdə fəth etmiş tanınmış nepallı alpinist Nirmal Purja rəhbərlik edib.

Cümə axşamı günorta saatlarında dağda güclü qar uçqunu baş verib və bundan sonra qrupla əlaqə kəsilib. GPS izləmə sistemlərinin məlumatına əsasən, alpinistlər uçqunun təsiri ilə təxminən bir kilometr aşağı sürükləniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026