• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Ukraynanın Krıma hücumları artırmasının səbəbi budur

DÜNYA

01 Avqust 2026 | 09:42

Ukraynanın Krıma hücumları artırmasının səbəbi budur

Ukrayna Silahlı Qüvvələri Krıma hücumları gücləndirməklə yarımadanı materikdən mümkün qədər təcrid etməyə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Doyçe Velle” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ukrayna uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rostov-Donu ilə Melitopol arasındakı M-14 avtomobil magistralında hərəkət edən nəqliyyat vasitələrini, eləcə də Azov və Qara dənizlərdə Rusiyanın "kölgə donanması"na aid gəmiləri hədəfə alır.

Bundan əlavə, hərbi ehtiyaclara xidmət edən enerji infrastrukturu obyektlərinə də zərbələr endirilir.

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin sözlərinə görə, təkcə iyul ayının əvvəlindən etibarən 196 Rusiya gəmisi və 100-dən çox enerji obyekti vurulub.

Lakin nəşr qeyd edir ki, bu məlumatları müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün deyil. Bildirilir ki, may ayının sonunda Krımda benzin talonları buraxılıb və onlar 24 saat ərzində tükənib. Bundan sonra benzin qara bazarda satılmağa başlanıb.

Artıq iyun ayında isə Krım və Sevastopolda müxtəlif ərazilərdə elektrik enerjisi, su təchizatı, mobil rabitə və internetə çıxışla bağlı davamlı problemlər səbəbindən fövqəladə vəziyyət elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026