Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə hökuməti ilə Azad Ticarət Sazişini təsdiqləyən qanun imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, saziş "ikitərəfli əməkdaşlığın inkişafına, Ukrayna biznesi üçün imkanların açılmasına, bazarların genişləndirilməsinə və yerli istehsalın inkişafına və modernləşdirilməsinə" kömək edəcək.
Türkiyə Parlamenti Ukrayna ilə Azad Ticarət Sazişini 2024-cü ilin avqust ayının əvvəlində təsdiqləyib.
Ukrayna Ali Radası sənədi 14 iyul 2026-cı ildə təsdiqləyib. Saziş daxili prosedurlar başa çatdıqdan və tərəflər arasında təsdiq sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.
Bakı 



