• Bakı 26° C

    9.41 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Nigerdə ​​silahlılar 14 hərbçini öldürüblər

DÜNYA

01 Avqust 2026 | 18:29

Nigerdə ​​silahlılar 14 hərbçini öldürüblər

Çad gölünün cənub-şərq bölgəsində yaraqlılar azı 14 Nigeriya hərbçisini öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ActuNiger xəbər portalı məlumat yayıb.

Bildirilir ki, bir qrup yaraqlı Diffa bölgəsində ordu mövqelərinə hücum edib, lakin hücum dəf edilib. Geri çəkilən yaraqlıları təqib edərkən hökumət bölməsi pusquya salınıb. Döyüş zamanı bir neçə yaraqlı öldürülüb və onların dəqiq sayı müəyyənləşdirilir.

Portalın məlumatına görə, hücum Çad gölü bölgəsində fəaliyyət göstərən radikal Boko Haram qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026