• Bakı 21° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı yeniliklər hazırlayır

DÜNYA

31 Avqust 2026 | 17:21

Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı yeniliklər hazırlayır

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb və onları Rusiya və Ukrayna ilə müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib.

Fidanın sözlərinə görə, Qara dənizdəki mövcud vəziyyət qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.

“Bir sıra ölkələrdən həll yolu tapmaq üçün müraciətlər alırıq. Bəzi ideyalarımız var və onları tərəflərlə (Moskva və Kiyev – red.) müzakirə edirik”, – nazir qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalı Qara dənizdə iki türk gəmisinə hücumla əlaqədar XİN-ə çağırıb. Görüş zamanı Türkiyənin hadisəyə reaksiyası səfirin diqqətinə çatdırılıb. Həmçinin Qara dənizdə insanların, əmlakın, gəmiçiliyin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Avqustun 27-də Ukrayna qüvvələrinin Qara dənizdə iki türk gəmisinə – “Star II” və “Lider Bordo Mavi”yə hücum etdiyi bildirilir. Hadisə nəticəsində beş ekipaj üzvü yaralanıb, gəmilərə ciddi ziyan dəyib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR