Gürcüstan iqtisadiyyatı 2026-cı ilin iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8% artıb.
Baıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Sakstatın məlumatına görə, 2026-cı ilin ilk 7 ayı üzrə iqtisadi artımın orta göstəricisi 7,9% təşkil edib.
İyul ayında iqtisadi artıma əsas töhfəni emal sənayesi, informasiya və kommunikasiya, maliyyə və sığorta fəaliyyəti, mədənçıxarma sənayesi, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələri verib.
Bununla yanaşı, tikinti sektorunda azalma tendensiyası qeydə alınıb.
Gülşən Şərif




