• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Renka: “Hamı yazır ki, görəsən, kimin əridir?” - VİDEO

ŞOU

17 Oktyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Renka: “Hamı yazır ki, görəsən, kimin əridir?” - VİDEO

Rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə şəxsi həyatı ilə bağlı yazılan sözlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, sevgilisi olduğunu açıqladıqdan sonra izləyicilərin yazdığı şərhlərdən gileylənib:

"Deyirəm ki, dəhşət adımız çıxıb. Müsahibə vermişəm ki, sevgilim var. Hamı rəylərdə yazır ki, görəsən, kimin əridir? Başa düşmürəm, mən subay oğlanla sevgili ola bilmərəm? Məni subay oğlan sevə bilməz? Gərək ancaq ailəli adamla sevgili olam?

Bu nə stereotipdir, nə düşüncədir? Niyə hamı eyni cür düşünür? Əgər sən şou-biznesdəsənsə, ortada olan qızsansa, deməli, səni varlı bir adam saxlayır? Bəsdirin, ayıbdır. Görmədiyiniz, bilmədiyiniz şey haqqında necə danışırsınız? Mənə çatmır. Məni öldürsən də, gözümlə görməsəm, bir adam haqqında pis şey demərəm. Deməyə sözüm yoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR