• Bakı 20° C

    4 m/s

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcək

DÜNYA

17 Oktyabr 2026 | 14:00 | Müəllif: Günəş Mərd

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə başa çatacağını bildirib və prezidentlik müddətinin uzadılması üçün Konstitusiyaya dəyişiklik edilməsini istisna edib.

Bakıvaxtı.az xəbər verir ki, əs-Sisi bu məsələ ilə bağlı açıqlamasında prezidentlik müddətinin uzadılmasının gündəmdə olmadığını vurğulayıb.

“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – deyə Misir Prezidenti bildirib.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirə rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026