• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İstanbul boğazının rəngi dəyişdi 

DÜNYA

17 Oktyabr 2026 | 10:13 | Müəllif: Günəş Mərd

İstanbul boğazının rəngi dəyişdi

Türkiyənin İstanbul şəhərində bir neçə gün davam edən aramsız leysan yağışları boğazın bəzi hissələrində dəniz suyunun rənginin dəyişməsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, hadisəyə sel sularının qurudan gətirdiyi palçıq və çöküntülərin dənizə qarışması səbəb olub.

Xüsusilə Eminönü sahillərində dəniz suyunun rəngi sahildən təxminən 200 metr məsafəyədək qəhvəyi rəng alıb. Bu mənzərə Eminönü sahillərindən Topqapı Sarayına qədər uzanan ərazidə müşahidə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026