• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

15-dən çox enerji obyekti vuruldu, vəziyyət ağırdır

DÜNYA

17 Oktyabr 2026 | 20:43 | Müəllif: Subhan Mahmudov

15-dən çox enerji obyekti vuruldu, vəziyyət ağırdır

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna hücumlardan birini həyata keçirib. Düşmən 15-dən çox mühüm enerji obyektini hədəfə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib.

Onun sözlərinə görə, Lutsk, Rovno, Jitomir, Vinnitsa, Şepetovka, Slavuta və Netişin şəhərlərində vəziyyət daha ağır olub.

Xarkov və Kiyev vilayətlərində, Dnepr bölgəsində, eləcə də digər vilayətlərdəki enerji obyektləri də hücuma məruz qalıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Energetika Nazirliyi oktyabrın 17-nə keçən gecə və həmin gün səhər saatlarında Rusiyanın ölkənin 10 vilayətindəki enerji obyektlərinə hücum etdiyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026