• Bakı 19° C

    2.55 m/s

Zaqatalada yük maşınının vurduğu qadın ölüb

CƏMİYYƏT

17 Oktyabr 2026 | 15:27 | Müəllif: Günəş Mərd

Zaqatalada yük maşınının vurduğu qadın ölüb

Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb.

Bakıvaxtı.az xəbər verir ki,  APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib.

    Gürcüstana məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.

    Yük avtomobili qadının aşağı ətraflarının üstündən keçib. F. Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda əməliyyat blokuna alınıb. Həkimlərin səyinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR