• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatıb

DÜNYA

17 Oktyabr 2026 | 09:07 | Müəllif: Günəş Mərd

İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb.

Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.

Bu, İstanbula 84 ildən sonra ilk leysandır.

İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026