• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sürücünün yuxulaması qəzaya səbəb oldu: 8 ölü

DÜNYA

17 Oktyabr 2026 | 11:56 | Müəllif: Günəş Mərd

Sürücünün yuxulaması qəzaya səbəb oldu: 8 ölü

Hindistanın Racastan ştatının Kota rayonunda Dehli-Mumbay ekspress yolunda mikroavtobusun aşması nəticəsində səkkiz nəfər ölüb, 15-16 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, Bhopaldan Xatu Şyam Ci məbədinə zəvvarları aparan mikroavtobus Simaliya polis bölməsinin ərazisində, Karadiya yaxınlığında qəzaya uğrayıb.

İlkin ehtimala əsasən, sürücünün sükan arxasında yuxulaması qəzanın baş verməsinə səbəb olub.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026