• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna millisinin sabiq futbolçusu həlak olub

DÜNYA

17 Oktyabr 2026 | 13:46 | Müəllif: Günəş Mərd

Ukrayna millisinin sabiq futbolçusu həlak olub

Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və “Dnepr”in sabiq yarımmüdafiəçisi Roman Maksimyuk Donetsk vilayətində döyüşlər zamanı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı Vera Maksimyuk oktyabrın 16-da məlumat yayıb.

    50 yaşlı Maksimyuk 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Maksimyuk sonuncu dəfə 2025-ci il yanvarın 30-da həyat yoldaşı ilə əlaqə saxlayıb. Həmin vaxt Pokrovsk istiqamətində mövqeyə getdiyini və uzun müddət əlaqə saxlaya bilməyəcəyini bildirib. Bundan sonra ondan xəbər alınmayıb və hərbçi xüsusi şəraitdə itkin düşmüş hesab olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026