• Bakı 21° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

KTN ilə Veysəloğlu arasında memorandum imzalanacaq - FOTOLAR

CƏMİYYƏT

31 Avqust 2026 | 17:02

KTN ilə Veysəloğlu arasında memorandum imzalanacaq - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi ilə şirkət arasında əməkdaşlıq memorandumu imzalanacaq. 

Bakıvaxtı.az xəbər verir ki, Logistika mərkəzində baş tutan işgüzar görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə,  “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.

Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.

Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. 

Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və tərəflər arasında əməkdaşlıq memorandumu hazırlanacaq.

Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.


KTN ilə Veysəloğlu arasında memorandum imzalanacaq - FOTOLARKTN ilə Veysəloğlu arasında memorandum imzalanacaq - FOTOLARKTN ilə Veysəloğlu arasında memorandum imzalanacaq - FOTOLARKTN ilə Veysəloğlu arasında memorandum imzalanacaq - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026