• Bakı 23° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Gəncədə ikimərtəbəli evdə YANĞIN - VİDEO

HADİSƏ

30 Avqust 2026 | 23:31

Gəncədə ikimərtəbəli evdə YANĞIN - VİDEO

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddiotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 55 kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026
29 Avqust 2026