• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp aralıq seçkilərin nəticələrini qəbul etdi

DÜNYA

04 Noyabr 2026 | 08:59 | Müəllif: Əli Hüseynov

Tramp aralıq seçkilərin nəticələrini qəbul etdi

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Amerika lideri bu barədə "The New York Times" qəzetinə müsahibəsində deyib.

Səslərin bir hissəsi hesablandıqdan sonra Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə edib.

"Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyəcəyik. Yəqin ki, ortaq bir məxrəcə gələrik", - Tramp bildirib.

O, həm də Respublikaçılar Partiyasının məğlubiyyətini öz adının seçki bülletenində yer almaması ilə izah edib.

"Mənim adım seçki bülletenində yox idi. Əgər orada olsaydım, böyük fərqlə qalib gələrdik", - Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026