• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bakıda bu yol qovşağında hərəkət məhdudlaşdırılacaq

CƏMİYYƏT

04 Noyabr 2026 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda bu yol qovşağında hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında bu gün saat 12:00-dan etibarən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026