• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

    DÜNYA

    04 Noyabr 2026 | 09:10 | Müəllif: Əli Hüseynov

    Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

    Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket buraxıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin məlumatına istinadla bildirib.

    Məlumata görə, raketlər Şimali Koreyanın Hamgyonqnamdo əyalətindəki Sondok yaşayış məntəqəsindən buraxılıb. Onların ballistik, yoxsa qanadlı raketlər olduğu hələlik dəqiqləşdirilməyib.

    Cənubi Koreya hərbçiləri ABŞ ilə birgə döyüş hazırlığını davam etdirdiklərini və mümkün təxribatlara cavab verməyə hazır olduqlarını bildiriblər.

    Qeyd edək ki, Şimali Koreya noyabrın 2-də qanadlı, oktyabrın 31-də isə ballistik raketlər üçün kasetli döyüş başlıqlarını sınaqdan keçirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026