• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

HADİSƏ

04 Noyabr 2026 | 09:47 | Müəllif: Əli Hüseynov

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, dünən saat 14 radələrində rayonun Qulabənd kəndində yaşayan 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömək etmək üçün xurma yığarkən ölüb.

Belə ki, onun əlində olan dəmir nərdivanın elektrik naqili ilə toqquşması zamanı cərəyan vurması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR