• Bakı 20° C

    12.31 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən gedir? 

CƏMİYYƏT

31 Avqust 2026 | 12:33

Məleykə Abbaszadə ilə bağlı iddialara RƏSMİ CAVAB - DİM-dən gedir?

Son günlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin vəzifəsindən gedəcəyinə dair məlumatlar yayılıb.

Xəbərdə qeyd olunub ki, builki dövlət imtahan qəbulu prosesi M.Abbaszadənin sonuncu iş ili ola bilər. Yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilib.  

Bakıvaxtı.az məsələyə aydınlıq gətirmək üçün Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb.

Qurum rəsmisi bildirib ki, hazırda belə bir rəsmi məlumat yoxdur:

“Bizdə belə məlumat yoxdur”, - deyə o qeyd edib.  

Məlumat üçün bildirək ki, Məleykə Abbaszadə 2000-ci ildən bəri bu postu tutur.  

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026