Gənc ailələr üçün ipoteka imkanlarının genişləndirilməsi və ilkin ödənişə dövlət dəstəyinin göstərilməsi təklif olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, ailə və valideynliklə bağlı hazırlanmasını təklif etdiyi qanun layihəsində gənc ailələrin mənzil məsələsi xüsusi yer tutmalıdır:
“Bu gün bir çox gənc üçün artıq əsas sual uşaq doğulana qədər olacaq deyil, harada yaşayacağı sualıdır”, – R.Nurullayev deyib.
O, ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlərin tətbiqini təklif edib.
Deputatın sözlərinə görə, ailələrin mənzil təminatı ilə bağlı dəstək mexanizmlərinin gücləndirilməsi onların övlad sahibi olmaq qərarına da təsir edən amillərdən biri kimi nəzərə alınmalıdır.
Zeynəb Rzayeva
















