Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva "Manas" beynəlxalq hava limanında qarşılanıblar.
Qarşılanma mərasimi zamanı Prezident və birinci xanıma verilən oyuncaq hədiyyələr diqqət çəkib.
Məlumata görə, sözügedən oyuncaq Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu olan qar bəbiridir.
Qədim qırğız xalqının mədəniyyətində qar bəbiri böyüklük, nəciblik, cəsarət və dözümlülük simvolu sayılır.
2024-cü ildə BMT Baş Assambleyası qar bəbirinin ümumi ekosistemdəki rolunu nəzərə alaraq, onların mühafizəsi səylərini dəstəkləmək üçün beynəlxalq və regional əməkdaşlığı gücləndirmək üçün 23 oktyabr tarixini Beynəlxalq qar bəbiri günü elan edib.




