• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İnnovativ məhsullara 20 FAİZLİK GÜZƏŞT

SİYASƏT

30 Sentyabr 2026 | 12:24 | Müəllif: Günəş Mərd

İnnovativ məhsullara 20 FAİZLİK GÜZƏŞT

“Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20 faizlik satınalma güzəşti müəyyən edilib və yeni redaksiyada bu imperativ, məcburi norma kimi təsbit olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından da mühüm əlavələr daxil edilir.

O qeyd edib ki, dəyişikliklər dövlət dəstəyinin daha şəffaf və nəticəyönümlü şəkildə həyata keçirilməsinə xidmət edir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026