• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ombudsmanla bağlı dəyişiklik BU TARİXDƏN qüvvəyə minəcək

SİYASƏT

30 Sentyabr 2026 | 12:12 | Müəllif: Günəş Mərd

Ombudsmanla bağlı dəyişiklik BU TARİXDƏN qüvvəyə minəcək

“İnsan hüquqları üzrə müvəkkilin sosial-maddi təminatı ilə bağlı dəyişikliklər yanvarın 1-dən tətbiq olunacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

Əli Hüseynli bildirib ki, bu ilin yaz sessiyasında dövlət orqanlarında dövlət qulluğunda əmək haqqının ödənişi ilə bağlı mühüm layihə qəbul edilib və Ombudsman da bu prosesdən kənarda deyil.

Onun sözlərinə görə, Ombudsmanın sosial-maddi təminatı ilə bağlı Konstitusiya qanununa əlavə dəyişiklik edilib və hazırda məsələ ikinci səsverməyə çıxarılıb.

Deputat qeyd edib ki, qanun ikinci səsvermədən sonra qəbul edilərək qüvvəyə minəcək, lakin dəyişikliklər yanvarın 1-dən tətbiq olunacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026