• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan-Ukrayna rabitə sazişinə DƏYİŞİKLİK

SİYASƏT

30 Sentyabr 2026 | 12:53 | Müəllif: Günəş Mərd

Azərbaycan-Ukrayna rabitə sazişinə DƏYİŞİKLİK

“Bundan sonra səlahiyyətli orqan qismində Azərbaycanda Milli Sığorta və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Ukrayna tərəfində isə Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti çıxış edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentin bu gün keçirilən iclasında Azərbaycan və Ukrayna hökumətləri arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsi barədə protokolun təsdiqinə dair qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, protokol hökumətlərarası sazişə əlavə dəyişikliklərin edilməsini və səlahiyyətli orqanların müəyyənləşdirilməsini nəzərdə tutur.

Elşən Musayev qeyd edib ki, layihə hüquqi və prosedur baxımdan, eləcə də Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı və təşviqi baxımından əhəmiyyətlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026