• Bakı 21° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Papuaşvili: “Öz kuklalarını Gürcüstanda hakimiyyətə gətirə bilmədilər”

DÜNYA

31 Avqust 2026 | 17:28

Papuaşvili: “Öz kuklalarını Gürcüstanda hakimiyyətə gətirə bilmədilər”

"Bəzi Avropa ölkələri və əvvəlki ABŞ administrasiyası Gürcüstanda özlərinə yaxın şəxsləri hakimiyyətə gətirə bilmədikləri üçün narazıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bəzi Qərb ölkələri Gürcüstanda siyasi proseslərə təsir göstərməyə çalışıb:

“Əvvəlki ABŞ administrasiyası onun iradəsini birbaşa həyata keçirəcək insanların burada hakimiyyətə seçilməməsini bəyənmirdi. Eynilə, təəssüf ki, bəzi Avropa hökumətləri də öz kuklalarının Gürcüstanda hakimiyyətdə olmamasını bəyənmirlər. Onların gürcü xalqının iradəsinə təsir göstərməyə çalışdıqları siyasət işə yaramır. Ona görə də gürcü xalqının iradəsini olduğu kimi qəbul etməlidirlər”.

Papuaşvili bildirib ki, Gürcüstan hakimiyyəti ölkənin suverenliyinə qarşılıqlı hörmət və daxili işlərə müdaxilə edilməməsi şərtilə ABŞ ilə strateji tərəfdaşlığın bərpasına və Avropa İttifaqına üzvlüklə bağlı danışıqların yenidən başlanmasına hazırdır.

Parlament sədri əlavə edib ki, “Gürcü Arzusu” partiyası ona müsbət münasibət göstərən şəxsin qarşılığında güzəştə getməyəcək.

Günəş Mərd

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR