• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı

DÜNYA

30 Sentyabr 2026 | 16:08 | Müəllif: Əli Hüseynov

Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı

Türkiyə Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanılan məşhurların narkotik testlərinin nəticələri məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, istintaq çərçivəsində dindirilən və sağlamlıq müayinəsindən sonra Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilən aktrisa Afra Saraçoğlundan götürülən bioloji nümunələrin laboratoriya müayinələri başa çatıb.

Mütəxəssislər tərəfindən hazırlanan rəsmi toksikologiya hesabatında məşhur aktrisanın retrospektiv maddə istifadə profilini ortaya qoyan saç nümunəsi analizində kokainin aktiv tərkib hissəsinin aşkarlandığı bildirilib.

Saraçoğlunun əvvəllər hüquq-mühafizə orqanlarına və prokurorluğa həyatında heç vaxt narkotik istifadə etmədiyini və evindən müsadirə edilən dərmanların reseptli dərmanlar olduğunu bildirdirmişdi. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026