• Bakı 20° C

    12.31 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Lavrov: NATO-nun Arktikadakı hərbi fəaliyyəti təhdidedicidir

DÜNYA

31 Avqust 2026 | 13:45

Lavrov: NATO-nun Arktikadakı hərbi fəaliyyəti təhdidedicidir

NATO-nun Arktikadakı hərbi fəaliyyəti fəlakətli nəticələrə səbəb olan silahlı qarşıdurma riskini artırır.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun "Arktikada beynəlxalq əməkdaşlıq: Çətinliklər və imkanlar" adlı məqaləsində yer alıb.

O, bildirib ki, Arktikanı sülh və əməkdaşlıq zonası kimi qorumaq bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və Rusiya, şübhəsiz ki, bununla maraqlanır. Lakin bu baxış bucağını bölüşməyənlər də var. Bu ilin fevral ayında NATO alyansın yüksək enliklərdə hərbi mövcudluğunu genişləndirmək məqsədi daşıyan "Arktika Gözətçisi" əməliyyatına başlayıb. Onun sözlərinə görə, Rusiyanın şimal sərhədlərinin yaxınlığında intensiv hərbi hazırlıqlar aparılır. 

"Regiondan kənar ölkələrin iştirakı ilə genişmiqyaslı, aqressiv təlimlər keçirilir. NATO-nun komandanlıq və qərargah strukturunun yeni elementləri ortaya çıxır. Uzaq Şimalda bu cür hərbi fəaliyyət Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bu, potensial olaraq fəlakətli nəticələrə və silahlı qarşıdurmaya səbəb ola biləcək hadisələrin riskini artırır", - deyə nazir qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026