• Bakı 24° C

    12.76 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

ABŞ-də atışma nəticəsində azı 2 nəfər ölüb

DÜNYA

30 Avqust 2026 | 19:16

ABŞ-də atışma nəticəsində azı 2 nəfər ölüb

ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının Pensilvaniya üzrə regional bölməsi məlumat yayıb.

Məlumata görə, avqustun 30-da saat 00:25 radələrində Trenton polisə şəhərin rayonlarından birində atışma baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları güllə yarası almış 11 nəfər aşkarlayıb.

Onlardan 2-si polis hadisə yerinə çatmazdan əvvəl həyatını itirib. Daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Cinayətin motivi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başlanılıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026