• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Edam ediləcəkdi, 40 il sonra azadlığa buraxılır...

DÜNYA

29 Sentyabr 2026 | 15:59 | Müəllif: Günəş Mərd

Edam ediləcəkdi, 40 il sonra azadlığa buraxılır...

ABŞ-nin Yuta ştatında 1985-ci ildə Eva Olesenin qətlinə görə edam cəzasına məhkum edilmiş Duqlas Stüart Karter girov müqabilində azadlığa buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, CBS News-un məlumatına görə, iş üzrə aparılan yeni DNT ekspertizası Karterin genetik profilinin cinayət yerindən götürülmüş bioloji nümunələrlə uyğun gəlmədiyini göstərib.

Karterin ilkin məhkumluğu onun etirafına və qətl barədə ona etiraf etdiyini bildirən iki şahidin ifadəsinə əsaslanıb. Lakin sonradan hər iki şahid ifadəsini geri götürüb. Karter isə etirafının təzyiq və təhdid altında alındığını bildirib.

2024-cü ildə Yuta Ali Məhkəməsi müstəntiqlərin qanunsuz hərəkətlərə yol verdiyini müəyyən etdikdən sonra iş üzrə araşdırmanın yenidən aparılmasına qərar verib.

Olesenin ailəsi Karterin azadlığa buraxılmasına qarşı çıxıb. Mərhumun gəlini istintaqın davam etdiriləcəyinə ümid etdiklərini bildirib və cinayət yerində aşkarlanan DNT-nin Karterə məxsus olmamasının onun tam günahsız olduğunu avtomatik sübut etmədiyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026