Sentyabrın 3–6-da Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
Cüdo Federasiyasından Bakıvaxtı.az-a bildirilib ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.
Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.
Heyətlər:
Qızlar
48 kiloqram
Nərgiz Əhmədova
Gülgəz Musayeva
52 kiloqram
Aysun Məmmədova
57 kiloqram
Aytən Verdiyeva
Xədicə Qədəşova
Oğlanlar
60 kiloqram
Ayxan Mirzəzadə
66 kiloqram
Məhəmməd Musayev
73 kiloqram
Əbil Yusubov
81 kiloqram
Cəsur İbadlı
Mehdi Abbasov
90 kiloqram
Aslan Kotsoyev
Süleyman Şükürov
100 kiloqram
Davud Namazlı
+100 kiloqram
Ramazan Əhmədov.




