• Bakı 20° C

    12.31 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Pezeşkian: "Tehran müharibə istəmir, amma..."

SİYASƏT

31 Avqust 2026 | 12:47

Pezeşkian: "Tehran müharibə istəmir, amma..."

Tehran müharibə istəmir, amma düşmənin istənilən hərəkətinə cavab verəcək.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu  Bişkekdə keçiriləcək ŞƏT sammitindən əvvəl İran prezidenti Məsud Pezeşkian bildirib.

"Biz müharibə istəmirik və bu, bütün dünyaya çatdırdığımız açıq bir mesajdır. Lakin İrana qarşı hər hansı bir təcavüz halında, biz heç vaxt sakit oturmayacağıq və qətiyyətli cavab verəcəyik", - deyə Pezeşkian qeyd edib.

Həmçinin İran prezidentinin sözlərinə görə, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət heç kimin maraqlarına uyğun deyil və hər kəs üçün çətinlik yaradacaq. Bu baxımdan, o, regionda təhlükəsizliyin təmin edilməsi və onun inkişafının təşviq edilməsi üçün birgə səylər təklif edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026