• Bakı 16° C

    2.17 m/s

Bəşir Bünyadov küçəsində təmir işləri aparılacaq

CƏMİYYƏT

21 Oktyabr 2026 | 17:08 | Müəllif: Əli Hüseynov

Bəşir Bünyadov küçəsində təmir işləri aparılacaq

Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə aşağıdakı tarixlərdə tam məhdudiyyət tətbiq olunacaq:

21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;

22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;

23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026